media-img-20250621-wa0011

Türkiyə ərazisi olan Bartının Akbaş kəndinin Hızarnaşı adlanan bölgəsində yerli sakinlər tərəfindən fərq edilən nəhəng ağac təbiət mühafizə qurumlarını hərəkətə gətirib.

Patrulaz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin araşdırmalara əsasən, ağacın növü çinar olaraq müəyyən edilib. Onun gövdəsinin diametri 478 santimetr olaraq ölçülüb. Hazırda ağacın dəqiq yaşı ilə bağlı elmi tədqiqatlar aparılsa da, mütəxəssislər onun təxminən 500 illik olduğunu bildirirlər.

Bu möhtəşəm təbiət nümunəsinin rəsmi şəkildə qoruma altına alınması üçün müvafiq prosedurlara başlanılıb. Təsdiq prosesi başa çatdıqdan sonra ağacın yerləşdiyi ərazinin ziyarətçilər üçün açılması planlaşdırılır.

Bu çinar ağacı Türkiyənin ən görkəmli, ən nəhəng və ən yaşlı ağacları arasında yer almağa namizəd hesab edilir. Yerli əhali və təbiətsevərlər üçün yeni bir təbiət mirası olaraq böyük maraq doğurur.

Ləman Sərraf


Bənzər xəbərlər