media-800x450_cmsv2_02761ba0-3075-58e0-b3d6-e7326eddb59e-9449891

Portuqaliyanın paytaxtı Lissabonda yerləşən məşhur Qloriya funikulyorunda qəza baş verib.

Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, bədbəxt hadisə nəticəsində 3 nəfər həyatını itirib, 20 nəfər isə yaralanıb.

Məlumata görə, kabellə çəkilmiş dəmir yolu xətti şəhərin ən çox ziyarət olunan turistik nəqliyyat vasitələrindən biri hesab olunur.

İlkin ehtimala görə, qəzanın baş verdiyi yerdə turistlər də olub.

Hadisə ilə bağlı araşdırma aparılır.


Bənzər xəbərlər