media-inshot_20250913_001713997

Hollandiya “Avroviziya 2026″nı boykotla hədələyib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Hollandiya İsrailin yarışmada iştirak edəcəyi təqdirdə 2026-cı ildə Avstriyanın paytaxtı Vyanada keçiriləcək Avroviziyadan çəkiləcəyini açıqlayıb.

Hollandiyanın ictimai yayımçısı AVROTROS bunu İsrailin hücumları nəticəsində Qəzzada həlak olanlarla əlaqələndirib:

“Qəzzada davam edən və insanların ağır iztirablar çəkdiyi şəraitdə, İsrailin müsabiqədə iştirakı halında biz Avroviziyada çıxış etməyəcəyik”.

İrlandiyanın RTE telekanalı da oxşar mövqeyini açıqlayaraq, İsrailin Qəzzaya qarşı müharibəsi fonunda yarışmada iştirakın “vicdansız addım” olacağını vurğulayıb. Həmçinin İslandiya mümkün boykotla bağlı siqnal verib, İspaniyanın Baş naziri Pedro Sançes isə İsrailin müsabiqədən tamamilə kənarlaşdırılmasını tələb edib.

Xatırladaq ki, Avroviziya Mahnı Müsabiqəsi hər il Avropa Yayım Birliyi (EBU) tərəfindən təşkil olunur və onlarla ölkənin iştirakını təmin edir.

Qeyd edək ki, 2026-cı il Avroviziyası Avstriyanın paytaxtı Vyanada baş tutacaq.

Gülbəniz Səfərova


Bənzər xəbərlər