media-inshot_20251218_192653602

Ağ Ev 2026-cı il Dünya Kuboku zamanı ABŞ-yə giriş üçün İran və daha üç ölkənin azarkeşlərinə qadağa qoyulduğunu açıqlayıb.

Patrul.az-ın “İSNA”ya istinadən verdiyi xəbərə görə, qərar Tramp administrasiyasının imzaladığı yeni sərəncam çərçivəsində qəbul edilib və əsas məqsəd ABŞ-nin milli təhlükəsizliyinin təmin olunmasıdır.

Məlumata görə, qadağa İran, Haiti, Seneqal və Fil Dişi Sahili milli komandalarının azarkeşlərini əhatə edir. Bu qərar nəticəsində minlərlə azarkeş milli komandalarını ABŞ stadionlarında birbaşa dəstəkləmək imkanından məhrum olacaq.

Sərəncama əsasən, yalnız futbolçular, məşqçi heyətləri və onların yaxın ailə üzvləri istisna təşkil edir. Digər şəxslər üçün isə turnir müddətində ABŞ-yə giriş qadağan edilir.

Rəsmi bəyannamədə qeyd olunur:

“Qanuni daimi sakinlər, mövcud viza sahibləri, idmançılar və diplomatlar kimi müəyyən viza kateqoriyaları və ABŞ-nin milli maraqlarına xidmət edən şəxslər istisna olunacaq”.

Həmçinin, bu ölkələr iyun ayında səyahət qadağası alacağı açıqlanan 12 ölkənin siyahısına əlavə olaraq, bəyannaməyə daxil edilmiş digər 15 ölkə arasında yer alıb.

Qeyd edək ki, ABŞ-də keçiriləcək matçların biletlərinin yüksək qiymətləri azarkeşlər tərəfindən ciddi narazılıqla qarşılanır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər