Bu ölkənin səfiri İranı tərk etdi
Avstraliya səfiri İranının paytaxtı Tehranı tərk edib.
Patrulaz.az “Azad İran”a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi təsdiqləyib.
Bəqayi Avstraliyanın İranla diplomatik əlaqələri azaltmaq qərarını sərt tənqid edib və bildirib ki, Tehran da bu addıma cavab olaraq ölkənin paytaxtı Kanberradakı diplomatik münasibətlərin səviyyəsini aşağı salıb.
Sözçü qeyd edib ki, Kanberradakı İran səfirliyinin konsulluq idarəsi fəaliyyətini davam etdirir və Avstraliyada yaşayan iranlılara xidmət göstərir. Eyni zamanda, Bəqayi İrana qarşı antisemitizm ittihamlarını “gülünc və əsassız” adlandırıb.






