Bu ölkənin XİN rəhbəri istefa verəcək
Yaponiyanın Baş naziri Şiqeru İşiba istefa verib.
Patrulaz.az “Euronews”a istinadən xəbər verir ki, Yaponiyanın Baş naziri Şiqeru İşiba istefa verdiyini elan edib. Onun bu qərarına hökumətinin iyul ayında keçirilən parlament seçkilərində məğlub olması səbəb olub.
Məlumata görə, tarixi məğlubiyyətin məsuliyyətini üzərinə götürməsi üçün partiya daxilindən artan təzyiqlər İşibanı belə bir addım atmağa vadar edib.
Baş nazir istefasının ölkə daxilində və beynəlxalq müstəvidə əsas problemlərin həlli prosesində siyasi boşluq yaradacağını bildirib. O, televiziya vasitəsilə yayımlanan mətbuat konfransında partiya rəhbərliyinin onun varisini müəyyən etmək üçün səsvermə prosesinə başlayacağını açıqlayıb. İşiba həmçinin qərarın bazar ertəsinədək verilməsinə ehtiyac olmadığını vurğulayıb.
Qeyd edək ki, Şiqeru İşiba 2024-cü ilin oktyabrından xarici işlər naziri vəzifəsini icra edib.






