media-img_6362

“Azərbacan-Pakistan əlaqələrinin böyük tarixi var. Qədim zamanlardan burada yaşayan Azərbaycan türkləri ilə hazırda Pakistan ərazisindəki türkdilli və digər müsəlman xalqları arasında sıx əlaqələr mövcud olub”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

media-img_6362
O bildirib ki, iki ölkənin xalqları arasındakı əlaqələr Sovet dönəmində də tanınıb və qəbul edilib: “Müstəqilliyimizi ilk tanıyan dövlətlərdən biri də Pakistan olub. Eyni zamanda Pakistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Ermənistanla diplomatik əlaqələr qurmayıb və Azərbaycana bütün sahələrdə böyük köməklik göstərib. Vətən müharibəsində ərazilərimizin bərpa edilməsində sevinən dövlətlərdən də biri məhz Pakistan olub.
Keçdiyimiz günlərdə Pakistan baş nazirinin ölkəmizə səfəri əlaqələrimizi bütün sahələrdə genişləndirməyə imkan verir. Azərbaycan Pakistana 2 milyard dollara qədər müxtəlif sahələr üzrə investisiya yatıracaq. Bu səfər bir daha bizim dostluğumuz, qardaşlığımızın nümunəsi oldu”.


Bənzər xəbərlər