media-inshot_20260115_152450747

“Ermənistan və  ABŞ adından verilən TRIPP-nin Tətbiqi Çərçivəsi haqqında Birgə Bəyanat sülh prosesinin digər fundamental sənədidir”.

Patrul.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 15-də hökumətin iclasında bildirib.

O bildirib ki, bu, 8 avqust 2025-ci il tarixli bəyanatdan sonra atılan növbəti vacib addımdır. Bu bəyanat sülh prosesinin çərçivə səviyyəsində əsas və fundamental məsələlərindən birini – bütün fundamental məsələlərə təsir edən regional kommunikasiyaların açılmasını həll edir:

“Bəyanatın mənası və praktik əhəmiyyəti ondan ibarətdir ki, respublikamızda və bölgəmizdə sülh çox konkret və praktik addımlar vasitəsilə bərqərar olur və bu, artıq praktik reallığa çevrilib”.

Paşinyan qeyd edib ki, TRIPP çərçivəsində əldə edilən razılaşmalar mümkün qədər tez bir zamanda de-yure razılaşmalar kimi rəsmiləşdirilməlidir:

“Biz müqavilə layihələri və zəruri hüquqi qərarlar üzərində işləməyə başlamalıyıq. Xüsusilə, Ermənistan Respublikasında TRIPP adlı bir şirkət yaradılmalıdır. Həmçinin marşrutları, inkişaf hüquqlarını, torpaqdan istifadəni və tikinti icazələrini müəyyən etməliyik”, – deyə o bildirib və əlavə edib ki, dövlət qurumları qarşıdakı proseslərə bu gündən hazırlıq görməyə başlamalıdırlar.

Xatırladaq ki, yanvarın 13-də Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.

Görüş zamanı tərəflər 8 avqust 2025-ci il tarixində Vaşinqton Sülh Sammitində əldə edilən razılaşmaların həyata keçirilməsini müzakirə edərək, sülh prosesinin daha da institusionallaşdırılmasının vacibliyini vurğulayıblar.


Bənzər xəbərlər