“Bu sərgilər Azərbaycana aqrar sektorun inkişaf etdirlməsinə yeni imkanlar qazandırır” - DEPUTAT
“İnterFOOD Azerbaycan və Caspian Agro sərgilərinin 30 yaşı tamam olur və artıq Bakıda yubiley sərgisi öz işinə başlamışdır. Bu günə qədər həmin sərgilərdə 50 ölkədən 3 minə yaxın şirkət və 150 mindən çox nümayəndə iştirak etmişdir. Bu ilki yubiley sərgizinə isə 31 ölkədən 450 şirkət iştirak edir. Bu sərgilər həm də beynəlxalq xarakter almışdır. Sərgidə qida və aqrar sahələrdə əldə olunan yeniliklər və müasir texnologiyalar nümayiş olunur”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili bildirib ki, dünyanın inkişaf etmiş ölkələrinin şirkətləri sərgidə iştirak edir və öz nailiyyətlərini sərgiləyirlər:
“Dövlət başçımız sərgi ilə tanış oldu. Bu həm də dövlət səviyyəsində müasir inkişafa verdiyimiz böyük dəyərin göstəricisidir. Azərbaycanın aqrar sektoru özünün inkişaf dövrünü yaşayır. Biz sərgidə həm öz məhsullarımızı nümayiş etdiririk, həm də beynəlxalq şirkətlərin texnologiyaları ilə tanış olaraq ən yaxşılarını ölkəmizə gətiririk. Bu baxımdan bu sərgilər Azərbaycana həm öz məhsullarının təbliğ etməyinə, həm də aqrar sektorunun inkişaf etdirlməsinə yeni imkanlar qazandırır”.
Ləman Sərraf