BU şəxslərə dondurma yemək olmaz
Dondurma yay aylarının sevimli ləzzətidir, lakin hər kəs üçün təhlükəsiz olmaya bilər. Onun soyuqluğu və tərkibindəki şəkər, süd məhsulları bəzi insanlarda sağlamlıq problemlərinə səbəb ola bilər.
Patrulaz.az dondurma yeməkdən kimlərin çəkinməli olduğunu təqdim edir:
Soyuqdəymə və ya boğaz iltihabı yaşayanlar – dondurma boğaz ağrısını artıraraq sağalmanı ləngidə bilər.
Diş və diş əti problemi olanlar – soyuqluq diş ağrılarını gücləndirir.
Şəkərli diabet xəstələri – yüksək şəkər tərkibi qan şəkərini kəskin artırır.
Laktaza çatışmazlığı olanlar – süddəki laktoza səbəbindən qarında köp və ağrı yarada bilər.
Allergiyası olanlar – xüsusilə südə, yumurtaya və ya qoz-fındıq tərkibli dondurmalara qarşı allergiyası olan şəxslər uzaq durmalıdır.
Nəticədə, sağlam insanlar üçün dondurma xoş bir dadlı seçimdir, amma müəyyən xəstəliklərdən əziyyət çəkənlər üçün heç də təhlükəsiz deyil. Həddindən artıq yemək də fayda gətirməz, çünki hər şirin şey qədərində gözəldir.






