media-inshot_20260514_145839419

“Bir neçə gündən sonra Azərbaycan növbəti nüfuzlu tədbirə – Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Bu forum bütövlükdə beynəlxalq urbanizasiya siyasəti baxımından mühüm platformadır. Dünyanın müxtəlif ölkələrini təmsil edən dövlət nümayəndələri, memarlar, şəhərsalma üzrə ekspertlər, investorlar və beynəlxalq təşkilatların iştirakı ilə keçirilən forum müasir şəhərlərin inkişaf istiqamətlərini müəyyənləşdirir”.

Bu mühüm tədbirin Bakıda təşkilinin ölkəmiz üçün əhəmiyyəti barədə Patrul.az-a danışan Milli Məclisin deputatı Könül Nurullayeva qeyd edib ki, son illərdə sürətli urbanizasiya, iqlim dəyişiklikləri, nəqliyyat sıxlığı və əhali artımı şəhərlərin idarə edilməsində yeni yanaşmalar tələb edir:

“Məhz bu baxımdan Bakı forumu dayanıqlı şəhərsalma, “yaşıl şəhər” konsepsiyası, rəqəmsal idarəetmə və ekoloji təhlükəsizlik kimi aktual məsələlərin müzakirəsinə geniş imkan yaradacaq.

Forumun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına təkan olacaq. Bu tədbir vasitəsilə Bakı həm də öz təcrübəsini dünya ilə bölüşmək imkanı qazanacaq”.

media-inshot_20260514_145236273

Eyni zamanda forumun ölkə iqtisadiyyatı üçün də əhəmiyyətli dividendlər vəd etdiyini vurğulayan K.Nurullayeva əlavə edib:

“Xarici qonaqların və investorların iştirakı turizm sektorunun canlanmasına, yeni əməkdaşlıqların qurulmasına və investisiya imkanlarının genişlənməsinə şərait yaradacaq.

Tədbir çərçivəsində keçiriləcək panel müzakirələri, sərgilər və seminarlar yerli mütəxəssislərin beynəlxalq təcrübə ilə yaxından tanış olmasına imkan verəcək”.

“Bir sözlə, Ümumdünya Şəhərsalma Forumu şəhərlərin gələcəyinə dair qlobal baxışların formalaşdığı mühüm dialoq məkanıdır. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi ölkənin beynəlxalq əməkdaşlıq və davamlı inkişaf istiqamətində rolunu daha da artırıcaq”, deyə o yekunlaşdırıb.

Ləman Sərraf


Bənzər xəbərlər