media-inshot_20260112_124846218

“Artıq uzun müddətdir ki, Azərbaycan və Ermənistan arasında neft məhsullarının Azərbaycandan Ermənistana satışı həyata keçirilir. Bundan əvvəl isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və humanist yanaşması çərçivəsində, sülh gündəliyinə sadiqlik nümayiş etdirilərək, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərinin daşınmasına da icazə verilmişdi. Bu kontekstdə müəyyən məhsullar artıq Ermənistana daşınıb və hal-hazırda da bu cür yükdaşıma prosesi davam edir”.

Bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev Patrul.az-a açıqlamasında səsləndirib.

Millət vəkili xüsusilə vurğulayıb ki, Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsi sırf kommersiya və biznes məqsədilə həyata keçirilir:

media-img-20260112-wa0013

“Əgər bu istiqamətdə tələblər mövcuddursa, təbii olaraq, bu proses davam etdiriləcəkdir. Bununla yanaşı, tərəflər arasında qarşılıqlı ticarətin inkişafı ilə bağlı məhsul siyahıları da müzakirə olunur və böyük ehtimalla, yaxın gələcəkdə, xüsusilə də Ermənistan sülh gündəliyinə sadiqliyini nümayiş etdirərsə və öz öhdəliklərini yerinə yetirərsə, 2026-cı ildə sülhün əldə olunacağı təqdirdə Ermənistan tərəfindən Azərbaycana müxtəlif məhsulların ixracı da mümkün olacaqdır”.

“Hazırda isə yalnız Azərbaycanın Ermənistana neft məhsullarının göndərilməsi ilə bağlı razılıq əldə olunub və bu məhsulların davamlı şəkildə Ermənistana göndərilməsi, orada satışı və logistik təşkilatı həyata keçirilir”,– deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər