Bu vitamin hava çirkliliyinin ağciyərlərə zərərini azalda bilər
Ucuz vitamin hava çirkliliyinin ağciyərlərə zərərini azalda bilər.
Patrul.az xaricİ KİV-ə istinadla xəbər verir ki, Avstraliyada Sidney Texnologiya Universitetinin (UTS) alimləri yüksək dozada C vitamininin hava çirkliliyinin əsas təhlükəli komponentlərindən olan PM2.5 hissəciklərinin ağciyər hüceyrələrinə vurduğu zərəri azaltdığını müəyyən ediblər.
Tədqiqat siçanlar və laboratoriya şəraitində yetişdirilən insan ağciyər toxuması üzərində aparılıb.
Araşdırmaya görə, C vitamini iltihabı və oksidləşdirici stressi zəiflədir, hüceyrələrin enerji mənbəyi olan mitoxondriləri qismən qoruyur. Alimlər nəticələri ümidverici hesab etsələr də, insanlar üçün təhlükəsiz və effektiv dozanın müəyyənləşdirilməsi üçün əlavə tədqiqatlara ehtiyac olduğunu bildirirlər.
Qeyd edək ki, nəticələr “Environment International” jurnalında dərc olunub.






