Bu yolda sürücülər 150-yə qalxır: Sakinlər radar istəyir - VİDEO
Patrul.az-ın qaynar xəttinə daxil olan şikayətə görə, Binəqədi–Novxanı yolunda sürət həddinin aşılması ciddi narahatlıq yaradıb. Vətəndaş bildirib ki, ərazidə radarın olmamasından sui-istifadə edən bəzi sürücülər 140–150 km/s sürətlə hərəkət edirlər. Bu isə yolun həm sürücülər, həm də piyadalar üçün təhlükəli vəziyyətə düşməsinə səbəb olur.
Şikayətçi qeyd edir ki, yüksək sürət səbəbindən yol faktiki olaraq “yarış trasına” çevrilib. O, aidiyyəti qurumları nəzarəti gücləndirməyə və yol boyu radar quraşdırılmasına çağırıb.
Məsələ ilə bağlı qurumlardan münasibət öyrənməyə çalışacağıq.






