Bu yolların vəziyyəti yaşlı insanlar və uşaqlar üçün ciddi çətinliklər yaradır – VİDEO
“Abşeron rayonu, Mehdiabad-Digah ərazisində yaşayan sakinlər yol və kanalizasiya problemlərindən şikayətçidirlər.
Patrulaz.az-ın məlumatına görə, “Nurlan” marketdən aşağıda 3-cü ara küçə, “Münasib” marketə gedən yol olduqca bərbad vəziyyətdədir. Sakinlər qeyd edirlər ki, evlərinin və torpaqlarının çıxarışı (kupçası) olmasına baxmayaraq, bu ərazidə kanalizasiya sistemi mövcud deyil və yolların vəziyyəti yaşlı insanlar və uşaqlar üçün ciddi çətinlik yaradır. Eyni zamanda, qaz xətti yeraltı keçdiyi üçün bu da sakinlərə əlavə problemlər yaradır. Onların sözlərinə görə, adiyyatı qrumlar bu məsələyə diqqət ayırmır.
Ümid edirik ki, məsələ ilə bağlı tədbir görüləcək və sakinlərin yaşayış şəraiti yaxşılaşdırılacaq.