Dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea yenidən hərəkətdədir!
İlk dəfə 1823-cü ildə püskürən və 1983-cü ildən bəri əhalinin məskunlaşdığı əraziləri vaxtaşırı böyük püskürmələrlə təhdid edən Havaydakı Kilauea vulkanı yenidən aktivləşib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Havaydakı Kilauea vulkanı yenidən lava püskürməyə başlayıb. Dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea dekabrın 23-də püskürdüyü vaxtdan təxminən iki aya yaxındır ki, fasilələrlə püskürür. Püskürmələr Havay Vulkanları Milli Parkının daxilində yerləşən vulkanın zirvə kraterində baş verir.
Havay Vulkan Rəsədxanasının məlumatına görə, bu, dekabrın 23-dən bəri baş verən doqquzuncu püskürmədir. Əvvəlki püskürmələr 13 saatdan səkkiz günədək davam edib və aralarında fasilələr olub.
İnsanlar bu təbiət hadisəsini izləmək üçün milli parkın daxilindəki baxış məntəqələrinə axışırlar.