media-a6d8a642-6dc4-4787-827e-d156b3e68f6a

“Rusiyanın Azərbaycanın AZAL təyyarəsini vurmasını Rusiyadan Azərbaycana gələn terror kimi qiymətləndirmək olar. Çünki Rusiya tərəfi məhsuliyyəti üzərinə götürmür. Əgər bu hadisə bilmədən baş veribsə, üzr istəməli və kompensasiya ödəməlidir. Amma görünən odur ki, Rusiya məhsuliyyəti üzərindən atır və bunun müqabilində Azərbaycana qarşı informasiya müharibəsi aparır”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

media-img_20241101_102926

Onun sözlərinə görə, Rusiya Azərbaycanla olan qarşılıqlı qonşuluq əlaqələrini pozur: “Rusiyanın hakim partiyasının deputatları Azərbaycan xalqını təhqir edir, Azərbaycana qarşı mənfi yöndə təbliğat aparırlar. Bütün bunlar Rusiyanın imperialist siyasəti, qonşularına qarşı hörmətsiz yanaşmasından, beynəxalq hüququ tanımamasından irəli gəlir. Rusiya qonşu ölkələrə öz bağçası kimi baxır. Amma art XIX əsrdir və yeni siyasi dünya nizamı qurulur. Rusiyanın Azərbaycana qarşı apardığı siyasət onun Cənubi Qafqazdakı mövqelərini kifayət qədər zəiflədəcək”.


Bənzər xəbərlər