Lerikin 7 kəndində güclü qar həyat şəraitini çətinləşdirib - VİDEO
Lerik rayonunda yağan güclü qar səbəbindən 7 kəndin yolları bağlanıb.
Patrulaz.az-ın qaynar xəttinə daxil olan məlumata görə, qardan ən çox təsirlənən yaşayış məntəqələrindən biri də Ləkər kəndi olub. Yolun bağlanması nəticəsində nəqliyyat vasitələri hərəkət edə bilmədiyi üçün, bir çox avtomobil qarda qalıb. Vətəndaşlar evlərinə ərzaq apara bilmədiklərini bildirir və aidiyyatı qurumlardan yolların təmizlənməsi üçün texnika göndərilməsini tələb edirlər.
Sakinlər qarlı yolların təmizlənməsi üçün təcili tədbirlərin görülməsini gözləyir.