media-67ac78b97c2b81682236a8a9

NASA Boeing kosmik gəmisinin nasazlığı səbəbindən 8 aydan çox kosmos stansiyasında qapalı qalan astronavtlarla bağlı yeni açıqlama verib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) elan edib ki, Boeing kosmik gəmisinin nasazlığı səbəbindən səkkiz aydan artıqdır ki, kosmik stansiyada qapalı qalan astronavtlar planlaşdırılandan bir qədər tez qayıda bilərlər. Bildirilib ki, texniki problemlərə görə iyunun əvvəlindən Yerə qayıtmağı gözləyən astronavtlar Butch Wilmore və Suni Williams-ı martın ortalarında gətirməyi planlaşdırır.

Qeyd edək ki, Williams və Wilmore 5 iyun 2024-cü ildə Boeing-in yeni Starliner kapsulunda bir həftəlik sınaq uçuşu üçün Beynəlxalq Kosmik Stansiyasına (BKS) göndərilib.


Bənzər xəbərlər