"Fransa Ermənistana ümid verməyə davam edir" -ŞƏRH OLUNDU
“Hazırki vəziyyət Ermənistan-Fransa qardaşlığına son qoyulacağını düşünmək üçün əsas yoxdur. Fransadan öncə Ermənistanın baş naziri Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarında səfərdə oldu və bu səfəri Ermənistan üçün heç də uğurlu hesab etmək olmaz. Belə ki, Trampın yanaşması Baydenin yanaşmasından tamamilə fərqlidir, artıq ABŞ-ın maraqları ön plandadır. Tramp qarşılıqsız formada yardım göstərmək niyyətində olmadığını nümayiş etdirir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
O bildirib ki, Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq xartiyası görünən odur ki, ABŞ üçün bir o qədər də əhəmiyyət kəsb etmir: “Ermənistan isə ABŞ-a təklif biləcək ciddi maddiyyata malik deyil. ABŞ-ın regionla bağlı yanaşması da fərqli ola bilər, yəni Ermənistana dəstək olacağını düşünmürəm. Belə olan halda Ermənistanın yeganə çıxış yolu Avropa İttifaqıdır və orada əsas himayədarı Fransadır. Görünən odur ki, Ermənistana bütün dəstək yükünü Fransa Avropa İttifaqı simasında öz üzsərinə götürməli olacaq. Düzdür, Ermənistanın Fransaya səfərinin motuvi süni intellekt sahəsindəki fəaliyyət müzakirələri ilə bağlı göstərilsə də, amma burada əsas məsələ hazırda Ermənistana yardımların davam etdirilməsində ibarətdir.
Fransa Ermənistana təhlükəli hücum silahları ötürür, Azərbqaycana qərəz şəraitində Ermənistan hərtərəfli dəstəklənir. Makron hakimiyyəti də Ermənistana hər zaman sona kimi yanında olacağı ilə bağlı ümid verir. Bu baxımdan hesab edirəm ki, Makron hakimiyyətdə olduğu müddət ərzində Ermənistanla Fransa arasındakı münasibətlər bu səviyyədə də davam edəcək.