media-ffb6ef4e-be6c-4243-9589-c08cb59b608e

Yanvarın 26-ı, saat 16:16 radələrində Şüvəlan qəsəbəsində, 3 mərtəbə və İmperial restoranı yaxınlığnda səkinin üzərində dayanan avtomobil piyadaların hərəkətinə maneə yaradıb. Ötən gün verdiyimiz xəbərə gğrə, “99-TT-499” dövlət qeydiyyat nişanlı, “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü

avtomobilini səkidə saxlamaqla piyadaların həyatını təhlükəyə atıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli məsələ ilə bağlı Patrulaz.az-ın soğrusuna cavab olaraq bildirib ki, “99-TT-499” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barəsində qanunamüvafiq tədbir görülüb.


Bənzər xəbərlər