media-inshot_20250722_190158285

Türkiyənin Hatay vilayətində yerləşən  Milleyha Quş Cənnətində quşların işgəncə ilə öldürüldüyü ortaya çıxıb.

Patrulaz.az xəbər verir ki, “Haberglobal”ın yaydığı görüntülərə əsasən, ərazidə aparılan müşahidələr zamanı bəzi ağac budaqlarına yapışqan maddə vurularaq quşlara tələlər qurulduğu müəyyən edilib.

Bu vəhşi üsulla dincəlmək üçün budaqlara qonmağa çalışan quşlar yapışqana ilişərək hərəkətsiz qalır və əzab içində can verirlər.

Kadrlarda bir quşun yapışqanlı budaqdan xilas olmağa çalışdığı, digər ölü sərçənin isə budaqdan asılı vəziyyətdə olduğu aydın görünür.

Gülbəniz Səfərova


Bənzər xəbərlər