"Bundan da pis ola bilməzdi" - Zelenski cəbhədəki mövcud vəziyyətdən danışdı
Ukrayna Prezidenti Volodimir Zelenski hərbi əməliyyatlar tezliklə başa çatmayacağı təqdirdə silah təchizatı vəziyyətinin daha da pisləşəcəyini bildirib.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, o, xüsusilə “Patriot” raketlərinin kəskin çatışmazlığından şikayətlənib.
“İndi elə bir çatışmazlıq var ki, bundan da pisi ola bilməz”, – deyə Ukrayna lideri vurğulayıb.
Zelenski vəziyyətin daha da kəskinləşməsini Yaxın Şərqdəki proseslərlə əlaqələndirib. Onun sözlərinə görə, regionda gərginlik aradan qalxmasa, vəziyyət daha da pisləşəcək. Buna səbəb isə ABŞ-nin Ukraynaya silah təchizatını azaltması olacaq.
“Amerikalılar Ukraynaya təkcə hərbi təchizatı deyil, həm də siyasi və diplomatik dəstəyi azaldıblar. Onların diqqəti tamamilə Yaxın Şərq gündəliyinə yönəlib. Buna uyğun olaraq, bütün resurslar Vaşinqtonun regiondakı problemlərini həll etməyə yönəldilir”, – deyə Zelenski vurğulayıb.






