Azərbaycanın ali məktəblərində rus bölməsi bağlanacaqmı? - DİM-dən AÇIQLAMA
Bu gün Dövlət İmtahan Mərkəzi abituriyentlər üçün ixtisas seçiminə start verərkən, mətbuatda Azərbaycanın demək olar ki, bütün ali məktəblərində rus bölməsinin bağlanması ilə bağlı yanlış məlumatlar yayılıb. Bu xəbərlər ictimaiyyətdə çaşqınlıq yaradıb.
Patrulaz.az xəbət verir ki, “Minval”ın sorğusuna cavab olaraq, DİM bildirib ki, bəzi KİV-lər “Abituriyent” jurnalında dərc olunmuş qəbul məlumatlarını səhv anlaşıb və bunun nəticəsində yanlış nəticələrə gəliblər.
Beləliklə, ali məktəblərdə rus dilində tədris olunan kafedraların bağlanması ilə bağlı məlumatlar əsassızdır və bu barədə yayılan xəbərlər təkzib edilir.






