Bütün dünyanı 24 saatlıq atəşkəsə çağırdı
Vatikanın dövlət başçısı Papa XIV Leo bütün dünyanı Milad bayramı münasibətilə 24 saatlıq atəşkəs elan etməyə çağırıb.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, Papa Leo Roma yaxınlığındakı Kastel Qandolfodakı iqamətgahından çıxarkən jurnalistlərin suallarını cavablandırıb. O, xüsusilə Rusiya-Ukrayna müharibəsinə toxunaraq Milad – İsa Məsihin doğum günü münasibətilə ən azı 24 saatlıq atəşkəsin vacibliyini vurğulayıb:
“Beni həqiqətən kədərləndirən məqamlardan biri Rusiyanın Milad atəşkəsinə riayət etməkdən imtina etməsidir. Bir daha bütün xoşməramlı insanlara müraciət edirəm: heç olmasa İsanın doğumunun qeyd olunduğu bu gündə Ukraynada və bütün dünyada 24 saatlıq atəşkəs təmin edilsin”.
Papa XIV Leo həmçinin Yaxın Şərqdə davam edən İsrail-Fələstin münaqişəsinə də münasibət bildirib. O, oktyabr ayında qüvvəyə minən atəşkəs və sülh planının hələ də kövrək vəziyyətdə olduğunu qeyd edib:
“Onlar çox həssas bir şəraitdə bayramı qeyd etməyə çalışırlar. Ümid edirik ki, sülh prosesi real irəliləyiş əldə edəcək”, – deyə Papa əlavə edib.






