media-inshot_20251223_092254181

Məşhur oyun dizayneri Vins Zampella avtomobil qəzasında vəfat edib.

Patrul.az xəbər verir ki, 55 yaşlı dizayner ABŞ-nin Los-Anceles şəhəri yaxınlığındakı San Qabriel dağlarında idarə etdiyi avtomobilin yoldakı beton maneəyə çırpılması nəticəsində baş verən qəza zamanı həyatını itirib.

Toqquşmadan sonra avtomobil alovlanıb. Qəza nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, reanimasiyada dünyasını dəyişib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə dağ yamacındakı tuneldən yüksək sürətlə çıxan avtomobilin beton maneəyə çırpılaraq alovlandığı əks olunub.

Qeyd edək ki, Vins Zampella “Battlefield 6”, “Call of Duty”, “Call of Duty 2”, “Call of Duty 4: Modern Warfare”, “Call of Duty: Modern Warfare 2”, eləcə də “Titanfall” və “Apex Legends” kimi əfsanəvi oyunların yaradıcılarından biri olub. O, həmçinin “Apex Legends” və “STAR WARS Jedi: Fallen Order” oyunlarının buraxılışında mühüm rol oynayıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər