media-inshot_20250731_180411602

Braziliyada canlı yayım zamanı jurnalistə hücum edilib.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, canlıda dəhşətli oğurluq cəhdinin qarşısı son anda alınıb.

Belə ki, canlı yayım zamanı əlində telefonla danışan jurnalist Klara Neriyə qəfil motosikletli bir şəxs yaxınlaşıb. Başında kask olan naməlum şəxs onun əlindəki telefonu oğurlamaq istəyib. Lakin K. Neri soyuqqanlılıq nümayiş etdirərək, telefonu qoruya bilib.

Jurnalist hadisəni belə təsvir edib:

“Arxamı döndərərkən motosikletlə biri səkidən yaxınlaşdı və telefonumu götürməyə çalışdı. Videoda da gördüyünüz kimi, o, telefonuma uzandı, amma mən möhkəm tutub yerə atmadım”.

Hadisənin ən maraqlı tərəfi isə odur ki, oğurluq cəhdi birbaşa canlı yayım zamanı baş verib. Görüntülərdə oğurunun müxbirə yaxınlaşdığı görünsə də, hücum səbəbilə hadisə anı tam kameraya düşməyib.

Qeyd edək ki, hadisədən sonra əraziyə polis əməkdaşları cəlb olunub. Hücum edən şəxsin siması kadrlarda açıq görünsə də, hələlik saxlanılmayıb.

media-kadin-muhabir-canli-yayina-hazirlanirken-18902586_7445_m media-kadin-muhabir-canli-yayina-hazirlanirken-18902586_3409_m

Gülbəniz Səfərova


Bənzər xəbərlər