media-inshot_20260420_114513192

Türkiyədə “Karagül” adlı qadın tiktoker canlı yayım zamanı başqa qadına bıçaqla hücum edib. 

Patrul.az xəbər verir ki, hadisə küçənin ortasında baş verib.

Bir əlində telefon, digərində bıçaq tutan tiktoker qurbanına ard-arda zərbələr endirərkən: “Məndən üzr istəyəcəksən! Hamını bu hala sala bilərəm”,  ifadələrini işlədib.

O, qandonduran anları saniyəbəsaniyə öz izləyicilərinə nümayiş etdirib.

Hadisənin ən dəhşətli tərəfi isə qadın cinayəti törədərkən bəzi izləyicilərinin canlı yayımda ona hədiyyələr göndərməsi olub.

Hadisə zamanı ərafdakıların müdaxiləsinə baxmayaraq, cinayətkar qadın sakitliyini pozmayıb. Hətta polis tərəfindən saxlanılaraq xidməti avtomobildə olarkən belə, o, yayımı dayandırmadan soyuqqanlı şəkildə izləyiciləri ilə söhbətinə davam edib.

Qeyd edək ki, “Karagül” (MC) kimi tanınan sosial media fenomeninin adı daha əvvəl də qalmaqallarda hallanıb. Onun uşaq istismarı ilə bağlı üç övladı dövlət himayəsinə götürülüb, özünün sosial media hesablarına isə məhdudiyyət qoyulub.

Faktla bağlı araşdırma başlanıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər