media-96d857f2-dc60-40ef-a230-e704f52d55ce

Castin Biberin paylaşımındakı detallar narkotik istifadəsi etməsi ilə bağlı şübhələri yenidən artırıb.

Patrulaz.az “Daily Mail”ə istinadən xəbər verir ki, məşhur müğənni Castin Biberin sosial şəbəkədə paylaşdığı son fotolarda onun narkotik maddə kimi görünən bir alətdən istifadə etdiyinə dair görüntülər yer alıb və bu, pərəstişkarlar arasında ciddi narahatlığa səbəb olub.

31 yaşlı müğənni dağlarda təklikdə musiqi yazdığı anları əks etdirən fotolar paylaşıb. Lakin şəkillərdən birində Biber arxa planda bong (marixuana çəkmək üçün istifadə olunan alət) kimi görünən bir əşya ilə təsvir olunub. Digər fotoda da oxşar görüntülər yer alıb.

Pərəstişkarları bu paylaşımı tənqid edərək, müğənninin gənc izləyicilərə pis nümunə olduğunu bildiriblər.

Qeyd edək ki, Castin Biberin sözçüsü daha əvvəl onun narkotik maddələrdən istifadə etdiyinə dair iddiaları təkzib edərək, “Justinin ağır narkotik istifadə etməsi ilə bağlı təkrarlanan rəvayətlər tamamilə doğru deyil. O, hazırda həyatının ən yaxşı dövrlərindən birindədir” – deyə bildirib.

Xatırladaq ki, Biber 2020-ci ildə yayımlanan sənədli serialda yeniyetməlik illərində marixuana və digər maddələrdən istifadə etdiyini etiraf etmiş, daha sonra bu vəziyyətdən ayılmaq qərarı verdiyini bildirmişdi.

Gülbəniz Səfərova


Bənzər xəbərlər