Cəbrayılda 32 ildən sonra ilk "Son zəng"... - FOTOLAR
Cəbrayılda 32 ildən sonra ilk dəfə “Son zəng” səslənib.
Patrulaz.az “Report”a istinadən xəbər verir ki, 32 illik fasilədən sonra Cəbrayıl şəhərində yerləşən Mehdi Mehdizadə adına tam orta məktəbdə “Son zəng” mərasimi keçirilib.
Tədbirdə məktəbin bu ilki məzunları həyatlarının yeni mərhələsinə qədəm qoyublar. Bildirilib ki, bu il məktəbi bitirən məzunların sayı 5 nəfərdir.







