media-inshot_20250607_134400033

Cəlilabad rayonunda baş verən yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb.

Patrulaz.az “APA”ya istinadla xəbər verir ki, hadisə Uzuntəpə–Günəşli yolunda qeydə alınıb. “Ford” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.

Qəza zamanı nəqliyyat vasitəsində olan 6 nəfərdən 5-i (4 qadın və 2 kişi) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 3-nə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 2 nəfərin isə stasionar müalicəsi davam edir.

Faktla bağlı araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.

media-68440206c9cea68440206c9ceb174928743068440206c9ce868440206c9ce9_1749287720


Bənzər xəbərlər