media-1730233122_1728648974_8

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Patrulaz.az APA-ya istinadla xəbər verir ki, qəza rayonun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb. “Mercedes-Benz” və “VAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Hadisə zamanı yaralananların adları məlum olub:

1997-ci il təvəllüdlü Sevda Cəfərova,

2022-ci il təvəllüdlü Ləman Hüseynova,

2025-ci il təvəllüdlü Mənsumə Cəfərova,

2016-cı il təvəllüdlü Mələk Cəfərova,

2018-ci il təvəllüdlü Mirşahin Cəfərov,

2019-cu il təvəllüdlü Mirkazım Cəfərov.

Ağır yol qəzası ilə bağlı “Oxu.az”ın sorğusuna TƏBİB-dən açıqlama verilib. Qurumun məlumatına görə, sentyabrın 4-ü, saat 14:00-da baş verən qəza nəticəsində ümumilikdə 8 nəfər (dördü qadın, dördü kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.


Bənzər xəbərlər