Çempionlar Liqasında gecənin oyunu: “Qarabağ” - “Çelsi”
UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV turun oyunları davam edir.
Patrul.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçisi “Qarabağ” növbəti matçına çıxacaq.
Qurban Qurbanovun komandası Bakıda İngiltərənin məşhur klubu “Çelsi”ni qəbul edəcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də start götürəcək.
Hazırda turnir cədvəlində “Çelsi” 13-cü, “Qarabağ” isə 15-ci pillədə qərarlaşıb. Hər iki komandanın aktivində 6 xal var.
Qeyd edək ki, tərəflər daha əvvəl iki dəfə üz-üzə gəlib. Ağdam təmsilçisi 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində Londonda 0:6, Bakıda isə 0:4 hesabı ilə məğlub olub.






