Cennifer Lopez Rusiyada konsert verməkdən imtina etdi
Məşhur amerikalı müğənni Cennifer Lopez Rusiyada planlaşdırılan konsertini ləğv edib.
Patrulaz.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Xəbərə görə, ifaçı daha əvvəl təşkilatçılarla razılığa gələrək avqust ayında konsert verməyi planlaşdırırdı. Müqaviləyə əsasən, Lopezə bu çıxışa görə 1 milyon dollar qonorar ödənəcəkdi. Lakin sonradan müğənni qərarını dəyişib.
Onun bu addımı atmasına səbəb kimi Rusiya-Ukrayna müharibəsi fonunda Moskvada səhnəyə çıxmağın şəxsi imicinə mənfi təsir göstərə biləcəyi göstərilir.
Qeyd edək ki, Türkiyədəki çıxışından sonra Cennifer Lopez avqustun 1-də Qazaxıstanın paytaxtı Astanada səhnəyə çıxacaq.
Konsertin biletləri dörd saatdan az müddətdə tam satılıb. Buna görə də müğənninin daha bir çıxışı Almatıda planlaşdırılıb – tədbir avqustun 10-da şəhərin mərkəzi stadionunda baş tutacaq.






