Cənubi Amerika ölkəsi Çilidə 6 bal gücündə zəlzələ baş verib
Cənubi Amerika ölkəsi Çilinin şimalında 6 bal gücündə zəlzələ baş verib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Çilidə 6 bal gücündə zəlzələ baş verib.
Çili Milli Seysmologiya Mərkəzinin (CSN) məlumatına görə, episentri ölkənin Antofaqasta bölgəsindəki Sierra Qorda şəhəri olan 6 bal gücündə zəlzələ yerli vaxtla saat 13.21-də, 96 kilometr dərinlikdə baş verib.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilməsə də, ilkin tapıntılarda can və ya mal itkisi bildirilməyib.
Qeyd edək ki, 2010-cu il fevralın 27-də ölkədə baş verən 8,8 bal gücündə zəlzələ və onu müşayiət edən sunami nəticəsində 500-dən çox insan həyatını itirib.