media-inshot_20250722_214525591

2024-cü ilin 29 dekabrında Cənubi Koreyada 179 nəfərin həyatını itirdiyi təyyarə qəzasına pilotların səhvi səbəb olub.

Patrulaz.az xəbər verir ki, “Yahoo”nun yaydığı məlumata görə, Aviasiya və Dəmir Yolu Qəzalarını Araşdırma Şurası (ARAIB) Jeju Air şirkətinə məxsus “Boeing 737” təyyarəsinin quş sürüsü ilə toqquşduqdan sonra sağ mühərrikinin sıradan çıxdığını, lakin sol mühərrikin işləməyə davam etdiyini açıqlayıb.

Araşdırmalara əsasən, pilotlar səhvən işlək olan mühərriki söndürüb, bu isə təyyarəni hər iki mühərriksiz vəziyyətdə qoyaraq fəlakətə səbəb olub.

Qəza Muan Beynəlxalq Hava Limanına eniş cəhdi zamanı baş verib. Təyyarə eniş şassisini açmadan yüksək sürətlə yerə çırpılıb, uçuş-enmə zolağının sonundakı bəndə dəyərək partlayışla nəticələnən qəza baş verib.

Qeyd edək ki, hadisə Cənubi Koreyada son onilliklərin ən ağır aviasiya faciəsi sayılır. Qəzada 175 sərnişin və altı ekipaj üzvündən dördü həlak olub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər