media-img_6928

Cənubi Koreyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dərc etdiyi ‘Cənubi Koreyanın Doğulmamış Gələcəyi’ başlıqlı hesabatda ölkənin 0,72 ilə 2023-cü ildə ən aşağı doğum göstəricisi olan ölkələr arasında birinci olduğu bildirilib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, hesabatda doğum göstəriciləri bu səviyyədə qalarsa, Cənubi Koreya əhalisinin 60 ildən sonra yarıya qədər azalacağının gözlənildiyi qeyd olunub.

Hesabatda vurğulanıb ki, Cənubi Koreyanın aşağı doğum səviyyəsi yüksək təhsil xərcləri, uzun iş saatları, məhdud iş qrafiki çevikliyi, iş və ailə həyatının tarazlaşdırılmasında çətinliklərlə bağlıdır.


Bənzər xəbərlər