media-inshot_20260508_121443052

Ukraynanın Çernobıl qadağan zonasında radioaktiv çirklənmə riski fonunda irimiqyaslı meşə yanğını başlayıb.

Patrul.az xəbər verir ki, rəsmi qurumların və beynəlxalq KİV-lərin yaydığı məlumata əsasən, alov artıq 1100 hektardan çox ərazini əhatə edib.

Yanğına səbəb kimi ərazidə keçmiş hərbi fəaliyyətlərdən qalan partlamamış sursatlar və minaların olduğu bildirilir.

Güclü külək və quru hava şəraiti səbəbindən alov sürətlə yayılır.

Yanğının söndürülməsinə yüzlərlə yanğınsöndürən, xüsusi texnika və aviasiya cəlb olunub. Əsas məqsəd alovun “Qırmızı meşə” (Red Forest) kimi ən çox çirklənmiş ərazilərə və nüvə tullantıları anbarlarına çatmasının qarşısını almaqdır.

Xilasedicilərin təhlükəsizliyini təmin etmək məqsədilə həmin ərazilərdə hərəkət məhdudlaşdırılıb.

Məlumat üçün bildirək ki, yanğın ocaqlarında və ona yaxın ərazilərdə radioaktiv hissəciklərin havaya qalxması nəticəsində radiasiya səviyyəsində artım müşahidə olunur.

Ukrayna tərəfi monitorinq sistemlərinin aktiv olduğunu və radiasiya fonunun daim nəzarətdə saxlandığını bildirir.

Hazırda Kiyev və digər iri yaşayış məntəqələri üçün radiasiya təhlükəsi qeydə alınmayıb.

media-img_20260508_115605_778 media-img_20260508_115605_794 media-img_20260508_115605_072 media-img_20260508_115605_665 media-img_20260508_115604_953

Gülbəniz Səfərova


Bənzər xəbərlər