media-img-20250702-wa0017

“Bu gün Azərbaycanın təhlükəsizliyinin keşiyində duran, dövləti qoruyan, hər zaman vətəndaşlarımızın hüquq və azadlıqları istiqamətində dövlət siyasətinə öz ciddi töhfəsini verən polis işçilərinin peşə bayramıdır. Azərbaycan polisi uzun illərdir ölkədə asayişin təmin edilməsində fəal iştirak edir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Millət vəkili sözlərinə davam edərək bildirib ki, hər bir dövlətin ictimai təhlükəsizliyində, asayişin qorunmasında polis işçilərinin müstəsna rolu var:

media-inshot_20250702_155415650

 

“Hesab edirəm ki, bu mənada bugünkü tarixin öz dəyəri var. Həm Ulu Öndər Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev bu strukturda çalışan insanlara hörmətlə yanaşıb, onların əməyini hər zaman yüksək qiymətləndirib. Biz də Azərbaycan Polisinin fəaliyyətinə hörmətlə yanaşmalı və bu işdə onların yanında olmalıyıq”.

Ləman Sərraf


Bənzər xəbərlər