media-inshot_20260205_203652762

Xəbər verdiyimiz kimi, Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.

Patrul.az xəbər verir ki, hökmə əsasən təqsirləndirilən Arayik Harutyunyan qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan, David Babayan da qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Daha sonra məhkəmə iclasına sədrlik edən elan edib ki, Harutyunyan Arayik Vladimiri (Vladimiroviç) qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasını həbsxanada çəksin.

Mnatsakanyan Levon Henrixi qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasını həbsxanada çəksin.

Manukyan David Azati qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasını həbsxanada çəksin.

İşxanyan Davit Rubeni qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasını həbsxanada çəksin.

Babayan David Klimi qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasını həbsxanada çəksin.

Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç) 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Sahakyan Bako Sahaki qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Babayan Madat Arakeli qəti olaraq 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Paşayan Melikset Vladimiri qəti olaraq 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 8 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Martirosyan Qarik Qriqori qəti olaraq 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 8 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Allahverdiyan Davit Nelsoni qəti olaraq 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 6 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Balayan Levon Romiki qəti olaraq 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Beqlaryan Vasili İvani qəti olaraq 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Stepanyan Qurgen Homerosi qəti olaraq 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Qazaryan Erik Roberti qəti olaraq 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. (Qafqazinfo)media-whatsapp_image_2026-02-05_at_20-02-53media-1770306251604164046_1200x630 media-17703062515796542459_1200x630 media-17703062516349432289_1200x630 media-17703062515748013956_1200x630 media-17703062513208865159_1200x630 media-17703062512742443053_1200x630 media-17703062513141139499_1200x630 media-17703062515333149317_1200x630 media-17703062515370551657_1200x630 media-17703062515458438960_1200x630 media-17703062515458438960_1200x630-1 media-1770306251211856537_1200x630 media-17703062512717411102_1200x630 media-17703062513353861308_1200x630 media-1770306251403212941_1200x630 media-17703062514300621367_1200x630 media-17703062514717817838_1200x630 media-17703062514756853590_1200x630__1_ media-17703062514756853590_1200x630 media-17703062515325949362_1200x630


Bənzər xəbərlər