media-inshot_20250820_101134478

ABŞ və Çində chatbotlara aşiq olanların sayı artır.

Patrulaz.az xəbər verir ki, süni intellektlə psixoloji bağlılıq səbəbindən ayrılan cütlüklərin sayı çoxalıb. Psixoloqlar bildirirlər ki, insanı mühakimə etməyən chatbotlar “yaxınlıq illüziyası” yaradır.

Mütəxəssis Stanislav Samburskinin sözlərinə görə, bu, real münasibətləri əvəz edə bilmir:

“Çatbot müvəqqəti rahatlıq verir, amma insanı münaqişələrə tab gətirməyi öyrətmir”.

Bununla yanaşı, ABŞ və Avstraliyada robot heyvanlardan tənhalıq yaşayan insanlara dəstək vasitəsi kimi istifadə olunur. Statistikaya görə, animatronik heyvanlar yaşlıların 70%-ində tənhalığı, 75%-ində isə ağrını azaldır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər