media-img_7141

Çin rabitə texnologiyası sınaqlarında istifadə edilmək üçün kosmosa peyk göndərib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, peyk “Long March-3B” daşıyıcı raketi ilə Sıçuan əyalətindəki Xichang Peyk Atış Mərkəzindən orbitə buraxılıb.

Bildirilib ki, planlaşdırılmış orbital məkanda yerləşdiyi bildirilən peyk çox diapazonlu və yüksəksürətli rabitə texnologiyalarının sınaqdan keçirilməsi və yoxlanılması üçün istifadə olunacaq.

Buraxılış “Uzun Yürüş” raketləri ilə həyata keçirilən 562-ci uğurlu nəqliyyat missiyası idi.


Bənzər xəbərlər