media-inshot_20250822_171130610

Cinayətə görə tətbiq olunan cəzalar hər ölkədə fərqlidir. Bəzi dövlətlərdə qanunvericilik olduqca sərtdir və xırda hüquq pozuntusu belə ağır nəticələrə gətirib çıxara bilir.

Patrulaz.az cinayətə görə ən sərt cəzalar tətbiq olunan ölkələri təqdim edir:

Bunlardan biri Səudiyyə Ərəbistanıdır, hansı ki burada oğurluq, narkotik qaçaqmalçılığı və qətl kimi cinayətlər çox sərt şəkildə cəzalandırılır, hətta ölüm hökmü də hələ də qüvvədədir.

Sinqapur da sərt qanunları ilə məşhurdur: narkotik maddələrin daşınması birbaşa ölüm hökmünə gətirib çıxara bilər, ictimai yerlərdə siqaret çəkmək və zibilləmək isə ağır cərimələrlə nəticələnir.

Çin də sərt cəza tətbiq edən ölkələr sırasında ilk yerlərdədir. Korrupsiya, narkotik və bəzi iqtisadi cinayətlər belə ölüm hökmünə qədər gedib çıxa bilir.

Şimali Koreya isə tamamilə qapalı rejimə malikdir və ən xırda qayda pozuntusu belə əmək düşərgələri və ya daha ağır cəzalarla nəticələnə bilir.

Avropada isə ən sərt qanunları ilə tanınan ölkələrdən biri Belarusdur. Burada ölüm hökmü hələ də qüvvədədir və bəzi cinayətlər üçün tətbiq olunur.

Belə ölkələrdə qanunların sərtliyi cinayətlərin qarşısını almaq məqsədi daşısa da, bu yanaşma bəzən insan haqları təşkilatları tərəfindən sərt şəkildə tənqid olunur.

Ləman Sərraf


Bənzər xəbərlər