Çində bu dəfə ağcaqanadlar virus yaymağa başlayıb
Çində bu dəfə ağcaqanadlar vasitəsilə “Çikunqunya” adlı virus sürətlə yayılır.
Patrulaz.az xəbər verir ki, “NEXTA Live” platformasının məlumatına görə, ölkədə bu virusa yoluxanların sayı artıq 7000-i keçib.
Məlumata görə, Çikunqunya virusu qızdırma, ürəkbulanma, dəri səpgiləri və şiddətli oynaq ağrıları ilə müşayiət olunur. Bu virus insanlar arasında daşıyıcı olan ağcaqanadlarla yayılır.
Qeyd edək ki, bölgədə Covid-19 pandemiyası dövründə tətbiq olunan bəzi profilaktik tədbirlər yenidən qüvvəyə minib.
Gülbəniz Səfərova






