media-inshot_20250908_211408785

Çində dəhşətli qasığa nəticəsində minlərlə insan təxliyə edilib.

Patrulaz.az “Sinxua” agentliyinə əsasən xəbər verir ki, Quandun əyalətində “Tapa” qasırğasının yaratdığı təhlükə ilə əlaqədar 41 mindən çox insan təhlükəsiz ərazilərə köçürülüb.

Ölkənin Tayşan şəhərində isə təxminən 120 min şagirdin təhsil aldığı 182 məktəb və uşaq bağçasında dərslər dayandırılıb. Həmçinin, Tsyanmen şəhərində bütün sakinlər təhlükəli zonalardan təxliyə olunub.

Qasırğanın ərazidə yaratdığı zərərin həcmi və əlavə təhlükəsizlik tədbirləri barədə məlumatlar açıqlanmaqdadır.


Bənzər xəbərlər