media-inshot_20250728_221308434

Çinin paytaxtı Pekində baş verən güclü yağışlar şəhəri dözülməz vəziyyətinə salıb.

Patrulaz.az Yerli mediaya istinadla xəbər verir ki, yağıntılar nəticəsində küçələr palçıq və zibil sularıyla dolub, avtomobillər axınla sürüklənib, sakinlər isə yalnız üzməklə hərəkət edə biliblər.

Məlumata görə 2 nəfər həyatını itirib.

Miyun bölgəsində son 60 ilin ən güclü daşqını qeydə alınıb və bu səbəbdən ən yüksək təhlükə səviyyəsində xəbərdarlıq elan edilib.

Qeyd edək ki, daşqınılar nəticəsində 3 mindən çox insan təxliyə edilib.


Bənzər xəbərlər