Çindən sonra bu ölkədə də ağcaqanadlar virus yaymağa başlayıb
Çində olduğu kimi İtaliyada da ağcaqanadlar təhlükəli virus yayır.
Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, İtaliyada 2025-ci ilin əvvəlindən bəri Qərbi Nil virusu infeksiyasından 20 nəfər dünyasını dəyişib, ümumi yoluxma halları isə 179-a çatıb.
Məlumatlara görə, Qərbi Nil virusunun neyroinvaziv forması ilə bağlı ölüm nisbəti təxminən 15%-dir. 2018-ci ildə bu göstərici 20%, 2024-cü ilin yarısında isə 14% olub. 2024-cü ilin noyabrına qədər isə ümumi yoluxma sayı 484-ə, ölüm sayı isə 36-ya yüksəlib.
Xatırladaq ki, virus “Culex” cinsi ağcaqanadlar vasitəsilə yayılır və əsasən yaşlılar və xroniki xəstəlikləri olan insanlarda daha ciddi fəsadlara səbəb olur. İtaliyada ötən illərdə də virusun yayılması və ona bağlı ölüm hallarının qeydə alınması adi hal kimi qiymətləndirilir.






