media-1682943479_maxresdefault

Beynəlxalq axtarışda olan azərbaycanlı məşhur bloger Hüseyn Həsənov Rusiyadakı son biznesindən də olub.

Patrulaz.az “SHOT”a əsasən xəbər verir ki, Rusiyada Federal Vergi Xidməti 2023-cü ildə açılan, Həsənova məxsus “Banda Foods” şirkətini bağlayıb. Blogerin restoran biznesi qısa müddətdə iflasa uğrayıb və təchizatçılar məhkəməyə müraciət edərək, onun borclarının ödənməsi tələb olunub.

Hazırda isə Hüseyn Həsənovun borcu təxminən 800 min rubldur, amma o Rusiyanı tərk etdiyi üçün məhkəmə pulu ala bilmir.

Məlumata görə, daha əvvəl Həsənov Moskva şəhərindəki mənzilini məhkəmə qərarı ilə müsadirə olunmaması üçün yeni sahibinə verib. Mayın 19-da axtarışa verildikdən sonra mənzil sahibliyi dəyişib. Bloger həmçinin 2020-ci il istehsalı olan “Rolls-Royce Cullinan” avtomobilini də satıb.

Xatırladaq ki, Hüseyn Həsənov külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulmasında ittiham olunur və qiyabi həbs cəzasına məhkum edilib. 2024-cü ildən etibarən isə onun Rusiyadan kənarda yaşadığı bildirilir.


Bənzər xəbərlər