“Çocuklar Duymasın”ın baş rolu nişanlandı
Bir dövrün əfsanəvi serialı olan “Çocuklar Duymasın”da “Havuç” obrazı ilə tanınan Furkan Kızılay sevgilisinə Parisdə evlilik təklifi etmişdi.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, uzun müddətdir Tutku Yılmazla sevgi münasibəti yaşayan Kızılay evlilik yolunda ilk addımını atdı.
34 yaşlı aktyor nişan şəkillərini izləyiciləri ilə bölüşdü.
Kızılay paylaşımına “Sonsuza qədər” qeydini yazdı.
Ləman Sərraf