"Court Baku" restoranının sahibi "Azparking"in parklanma sahəsini zəbt edib? - RƏSMİ CAVAB
Xətai rayonu, Mehdi Mehdizadə küçəsində yerləşən “Court Baku” restoranının rəhbərliyi tərəfindən “Azparking”ə məxsus parklanma sahəsinin zəbt edilməsi barədə yayılan iddialara rəsmi münasibət bildirilib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Patrul.az-a verilən məlumata görə, sözügedən restoranın qarşısındakı ərazi dövlətə məxsus ümumi parklanma zonası deyil.
Bildirilib ki, həmin sahə özəl mülkiyyət hesab olunduğu üçün orada dövlət tərəfindən idarə olunan ödənişli parklanma məntəqəsi yaradılmayıb.
“Qeyd edilən yer şəxsi mülkiyyətdə olduğu üçün ərazidə ödənişli parklanma məntəqəsi təşkil edilməyib”, – deyə qurumun açıqlamasında qeyd olunub.
Gülbəniz Səfərova






